Qəbələ rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən davamlı olaraq reydlər həyata keçirilir.
Rayonun küçə və prospektlərində, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində, apteklərdə, banklarda, ödəniş terminallarının önündə və digər yerlərdə keçirilən reydlər zamanı vətəndaşlarla xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi barədə geniş təbliğat-izahat işləri aparılır, bütün xidmət obyektlərində işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, əlcək, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə müvafiq tapşırıqlar verilir.