Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və iş yarmarkası” keçirilmişdir

04 may 2021 | 16:00

04 may 2021-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.
Tədbiri giriş sözü ilə açan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq tədbirin məqsədi barədə məlumat vermişdir.  Yarmarkaya  rayonda fəaliyyət göstərən 9 turzim müəssisəsindən 225  boş iş yeri çıxarılmışdır. Yarmarkada işsiz və işaxtaran 132  nəfər müxtəlif peşə və ixtisas sahibinin CV-ləri qəbul edilmiş, digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilmiş və öz karyera hədəflərini təyin etmələrinə köməklik göstərilmişdir. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri tərəfindən işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər, həmçinin əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün təlimatlar verilmişdir. 
Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmişdir.

Keçidlər