Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş onlayn tədbir keçirilmişdir

06 may 2021 | 04:00

05 may 2021-ci il tarixdə Qəbələ və İsmayıllı rayonlarının Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı, Qəbələ Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon İcra Hakimiyyəti və  İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəsisələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən" adlı videokonfrans kecirilmişdir.
  Videkonfransı giriş sözü ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova açaraq Ulu öndərin siyasi fəaliyəti barədə məlumat vermişdir. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, apardığı genişmiqyaslı quruculuq işlərindən danışmış və Ali Baş Komandan İlham Əliyevə atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına qələbə sevinci yaşatdığı üçün dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər