“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn konfrans keçirilib
Qəbələ rayon Gənclər və İdman idarəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar 05 may 2021-ci il tarixdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn konfrans keçirmişdir. Tədbirdə fəal gənclər, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkə həyatının hər bir sahəsində olduğu kimi gənclərlə iş sahəsində də gördüyü böyük işləri, dövlət gənclər siyasəti haqqında qanunun Azərbaycan gəncliyinin inkişafına sürətli təkan verdiyini, nəticədə gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunmasının stimullaşdırmasını qeyd etmişdir. Daha sonra məruzə ətrafında çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyətindən, onun qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin və dinamikliyin, ordu quruculuğunun, sosial-iqtisadi inkişafın, elm və təhsilin uğurlu inkişafından və Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söhbət açmışlar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.