Qəbələdə monitorinq qrupları tərəfindən reydlər davam etdirilir
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarının icrasına uyğun olaraq Qəbələ rayon İcra Hakimiyyətidə yaradılmış mobil qrupların koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayon ərazisində növbəti reydlər keçirilmişdir.
Reydlər zamanı mobil qrupun üzvləri tərəfindən ictimai yerlərdə vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmış,rayonda fəaliyyət göstərən iri market və mağazalarda, ticarət obyektlərində, apteklərdə karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi yoxlanılmış, sosial məsafənin gözlənilməsi, sanitar-gigiyena qaydalarına riayət olunması və tibbi maskadan istifadə edilməsinin zəruriliyi bir daha izah edilmişdir.