Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Qəbələ Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində onlayn konfrans keçirilmişdir

07 may 2021 | 08:00

Mayın 6-da "Qəbələ Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Ceyhun Əhmədov açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuq təməlini qoyması və həyata keçirdiyi layihələr sayəsində bu gün ölkəmiz dünyaya bir günəş kimi parlayır, nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, eyni zamanda dünyanın mühüm enerji layihələrində aparıcı qüvvəyə çevrilib.
Digər əməkdaşlar çıxış edərək Heydər Əliyev şəxsiyyəti, onun ölməz xatirəsi haqqında dəyərli fakt və mülahizələrini səsləndiriblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışılıb və 44 günlük Vətən Müharibəsində əldə olunan böyük zəfərdə ümumimilli lider Heydər Əliyevin davamçısı İlham Əliyevin və məğlubedilməz Azərbaycan Ordusunun əvəzolunmaz rolu qeyd olunub.

Keçidlər