Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü onlayn formada qeyd edilmişdir
Bu gün “Qəbələ RMX” PHŞ-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə direktor Sabir Bayramov açaraq Heydər Əliyevi siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirmişdir.
Tədbirdə iştirak edən digər iştirakçılar Ulu Öndərin keçdiyi ömür yolu barəsində öz fikirlərini söyləmiş, onun xalq arasında daha bir müstəsna xidmətini-İlham Əliyev kimi oğul yetişdirməsini, özündən sonra layiqli bir varis qoymasını qeyd etmişlər. Yeni əsrin lideri olan prezident İlham Əliyevin Azərbaycana bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasətini davam etdirməsi və ata nəsihətlərini həyata keçirməsini vurğulamışlar.