Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumtəhsil məktəblərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

08 may 2021 | 07:00

 May ayının əvvəllərindən başlayaraq rayonun ümumtəhsil məktəblərində keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində şagirdlərlə aparılmış müzakirələr, diskusiyalarla yanaşı məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri, şeir və esse yazı müsabiqələri də təşkil edilmişdir. Yekun olaraq rayon təhsil şöbəsində məktəb rəhbərlərinin və qabaqcıl müəllimlərin iştirakı ilə keçirilən onlayn tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Arifə Bayramova xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmış, ulu öndərimizin başladığı siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Daha sonra tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında yeri olan misilsiz fəaliyyətindən, ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad edən  Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətindən söhbət açmışlar.

Keçidlər