“Beynəlxalq Ailə Günü” münasibəti ilə tədbir keçirilib
May ayının əvvəllərindən başlayaraq Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən 15 May “Beynəlxalq Ailə Günü” münasibətilə şəhid və qazi ailələrinə səfərlər edilib, ailələrlə görüşülüb. Mərkəzin təşkilatçılğı ilə “Beynəlxalq Ailə Günü” ilə əlaqədar keçirilən onlayn tədbirdə Qəbələ RİH-nin, Qəbələ UADM-nin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhid və qazi ailələri, nümunəvi ailə kimi Zeydzadə Nüşabə Hüseyn qızının ailəsi və gənc ailələr iştirak edib. Çıxış edənlər ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışıb, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olması xüsusi ilə qeyd edilib. Canlı bağlantı zamanı yaşlı nəsilin nümayəndələri həyat təcrübələrindən danışıb, yeni qurulan ailələrə və gənclərə öz nəsihət və tövsiyələrini veriblər.