Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələdə səfərdə olmuşlar

16 may 2021 | 16:00

15 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində inşa edilmiş yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpadan sonrakı vəziyyəti ilə tanış olublar. Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumatlar verilib.
Həmçinin səfər zamanı Nic qəsəbəsində XII əsrə aid Müqəddəs Məryəm Ana (Bulun) kilsəsinin Heydər Əliyev Fondu tərəfindən aparılmış təmir-bərpa işlərindən sonra təqdimatı olmuş, Nic qəsəbə 1 nömrəli tam orta məktəbinə və Müqəddəs Yelisey adına Cotari kilsəsinə baxış keçirilmişdir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki -Qəbələ birxətli dəmir yolunun açılışında iştitak ediblər.

Keçidlər