Monitorinq qrupları tərəfindən reydlər davam etdirilir
20 may 2021 | 16:00
20.05.2021-ci il tarixində rayon icra hakimiyyətində yaradılmış mobil qrup üzvləri tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti dəfə reydlər keçirilmişdir. Reydlər zamanı qrup üzvləri rayonda fəaliyyət göstərən iri market və mağazalarda, ticarət obyektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə karantin rejiminin tələblərinə necə əməl edilməsinə nəzarət etmiş və əhali ilə maarifləndirici söhbətlər aparmışlar.