Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Abdurahmanov Əfqan Ağasəf oğlu və əsgər Bayramov Coşqun Ənvər oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilmişdir
Bu gün Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından olan Əmirvan kənd sakini şəhid Əfqan Abdurahmanov və Kiçik Əmili kənd sakini Coşqun Bayramovun doğum günüdür. Bu münasibətlə Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, şəhidlərin təhsil aldığı məktəblərin kollektivi və ailə üzvləri onların məzarını ziyarət etmiş, xatirələrini böyük ehtiramla anaraq məzarları üzərinə gül dəstələri qoymuş, ruhlarına dualar oxunmuşdur. Şəhidlərin ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.