Rayonun ümumtəhsil məktəblərində “28 May - Respublika günü” qeyd edilmişdir
27 may 2021 | 16:00
Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü ilə əlaqədar Qəbələ rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir. Ümumtəhsil məktəblərinin şagirdləri arasında Cümhuriyyətin ildönümü ilə bağlı şahmat yarışı və rəsm müsabiqəsi, eləcə də məktəblərdə dəyirmi masalar təşkil edilmişdir. Rayon Təhsil Şöbəsində yekun tədbir olaraq keçirilən onlayn görüşdə ümumitəhsil məktəblərinin direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər. Çıxışlarda Azərbaycan Cumhuriyyətinin keşməkeşli tarixi, mübarizələrlə dolu keçmişi və Qələbə müjdəli bu günü haqqında geniş məlumatlar verilmişdir.