“İnsan Hüquqları Aylığı” çərçivəsində onlayn konfrans keçirilib
Qəbələ rayon Gənclər və İdman idarəsi 09 iyun 2021-ci il tarixdə “İnsan Hüquqları Aylığı” çərçivəsində onlayn tədbir keçirmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş insan hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verdi. Görüşdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov isə insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulduğunu bildirmiş, Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması vəölkəmizdə dövlət tərəfindən insan hüquqlarının qorunması istiqamətində görülən işləri qeyyd etmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.