Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

15 İyun “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir

11 iyun 2021 | 06:00

15 iyun “Milli Qurtuluş Günü” münasibətilə Qəbələ Mədəniyyət Mərkəzində  keçirilən onlayın tədbirdə rayonun mədəniyyət işçiləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev açaraq tariximizə  Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 İyun gününün tarixi əhəmiyyətindən danışmış, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüşün yarandığını, həmçinin beynəlxalq  norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlandığını vurğulamışdır. Tədbirdə çıxış edən Heydər Əiyev Mərkəzinin direktor əvəzi Kəmalə Qasımova 15 iyun tarixinin yaranma səbəbləri  barədə məlumat vermiş, digər çıxış edənlər isə ümummilli liderin gəlişi ilə bu günün Azərbaycana  gətirdiyi səadət, maddi rifahın yüksəlməsi, siyasi sabitliyin qorunması və iqtisadi inkişafın dayanıqlığı prinsiplərinin ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirmişlər. Sonda “Milli Qurtuluş Günü” ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir.

Keçidlər