Rayonda yaş baramanın tədarükünə başlanılıb
11 iyun 2021 | 08:00
Qəbələ rayonunda bu ilki mövsüm ərzində yaş barama yetişdirilməsi üçün 88 kümçü ilə müqavilə bağlanaraq, onlara 300 qutu və ya 5.7 kiloqram ipəkqurdu paylanılıb. Artıq bir neçə gündür ki, istehsalçılardan barama qəbuluna başlanılıb. Qəbələli kümçülər ilk günlər qəbul məntəqəsinə 1,162 ton yaş barama təhvil veriblər. Bu il yaş barama təhvili 12 tona çatdırılması planlaşdırılır.
Hal-hazırda barama tədarükü davam edir.