Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“15 iyun - Milli Qurtuluş Günü”

15 iyun 2021 | 04:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 iyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qalib Nəbiyev “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə bütün kollektivi təbrik etdi və iştirakçıların diqqətinə çatdırdı ki, bu gün müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan uğurlar dövlətimizin qüdrətini daha da artırır. Azərbaycanın güclü dövlət olaraq etibarlı tərəfdaş kimi tanınması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Digər çıxış edənlər Ulu öndərin hakimiyyətə gəldikdən qısa müddət sonra nüfuzlu dövlətlərlə münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılmasından BMT Baş Məclisi və digər mötəbər beynəlxalq təşkilatların tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmasından, eləcə də ölkəmizin siyasi və iqtisadi cəhətdən inkişafından bəhs etdilər. Xüsusilə, ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizi azad etməsi qeyd edilərək, bunun qəlbi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı tərəfindən iftixar hissi ilə qarşılandığı vurğulandı.
Sonda  “Milli Qurtuluş Günü“ ilə əlaqədar videoçarx izlənildi.

Keçidlər