“15 iyun-Milli Qurtuluş Günü”nə həsr edilmiş onlayn tədbir keçirilib
15 iyun 2021 | 06:00
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı “15 iyun-Milli Qurtuluş Günü” ilə bağlı onlayn tədbir keçirmişdir. Tədbirdə YAP gənclər birliyinin, qadınlar şurasının üzvləri, ilk partiya təşkilat sədrləri, gənc fəallar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Onlayn tədbirdə çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyətindən, ölkəmizin “15 iyun-Milli Qurtuluş Günü” ilə əsası qoyulan və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dinamik inkişafından söhbət açmışlar.