Qəbələdə “Son zəng” tədbirləri keçirilmişdir
15 iyun 2021 | 08:00
2020-2021-ci tədris ilində Qəbələ rayon Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin rejiminin tələbləri çərçivəsində keçirilən tədbirdə ancaq XI sinfi bitirən məzunlar və məhdud sayda müəllimlər iştirak etmişlər. Bu il rayon üzrə 1055 nəfər şagird məktəbi bitirmişdir.
Məzunlarımız rəsmi tədbir bitdikdən sonra vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüşlər.