Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Futbol Akademiyası mövsümü 2 qızıl medalla başa vurmuşdur

16 iyun 2021 | 16:00

“Qəbələ”nin U-19 və U-17 komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku” və “U-17 Kuboku”nun final görüşlərindən  qalib ayrılmışlar. Famil Xəlilovun baş məşqçisi olduğu U-19 komandası final görüşündə Sabah komandasına, Zaur Hacıyevin çalışdırdığı U-17 komandası isə Qarabağ futbol klubunun həmyaşıdları ilə görüşündə qalib gələrək qızıl medallara layiq görülmüşlər. Bununla da Qəbələ Futbol Akademiyası yüz faizlik nəticə göstərərək mövsümü 2 qızıl medalla başa vurmuşdur.
    Komandalarımızı qələbə münasibəti ilə təbrik edirik.

Keçidlər