Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.

25 dekabr 2013 | 16:00

Qəbələ  uşaq və ailələrə dəstək  mərkəzi  Dünya Azərbaycanlılarının Həmrəylik  Günü və Yeni il münasibətilə  sağlamlıq  imkanları  məhdud  olan uşaqlar  üçün  bayram tədbiri  keçirmişdir.   
Tədbirdə  sağlamlıq  imkanları  məhdud   uşaqlarala bərabər onların  valideyinləri və  idarə - təşkilat   rəhbərlərindən  ibarət  150  nəfər iştirak etmişdir. 
Tədbiri   uşaq və ailələrə dəstək  mərkəzinin direktoru  Rəna Mahmudova açaraq   qarşıdan gələn  yeni il münasibətilə tədbir  iştirakçılarını   təbrik etmiş,  sonra sözü Qəbələ Rayon İcra Hakimiyyətinin  başçısı   cənab   Səbuhi  Abdullayevə  vermişdir. RİH başçısı çıxışında ölkəmizdə sağlamlığı məhdud olan uşaqlara göstərilən dövlət qayğılarından danışmış, onların müalicəsi, təhsili və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Daha sonra cənab Səbuhi Abdullayev sağlamlığı məhdud olan uşaqları və bütün tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik  Günü və  Yeni  il münasibətilə təbrik etmişdir. Sağlamlıq  imkanları  məhdud  uşaqlara   yeni il qabağı  köməklik göstərilməsi məqsədilə   yerli  rəssamlardan  Qadir  Möylanovun,  Mahmud  İbrahimlinin,  sağılamlıq imkanları  məhdud olan  uşaqlardan  Qorxmaz  Müstafayevin, Səkinə İbrahimlinin, Samir  Əmirşahlının əl işlərindən ibarət  58  rəsm  nümayiş etdirilmiş, Vəfa Mustafayevanın,   Aygün  Mehdizadənin, Rəna Abdurahmanovanın,   Gülayət   İsrəfilovanın,   Xədicə   Eyvazovanın,  Çinarə   Mustafayevanın   70-ə yaxın  rəsm nümunələrinin satış  sərgisi  keçirilmişdir.
Tədbirdə  sağlamlıq  İmkanları  məhdud   uşaqlarala   yeni il hədiyyələri   təqdim olunmuş,  ehtiyacı   olan    ailələrə   maddi   yardım  verilmişdir. Eləcə də   şəhər 2  saylı   tam  orta  məktəbin   5-ci sinif   şagirdləri    könüllü olaraq   bir   ailəyə   maddi köməklik  etmişlər.  Tədbir rayon mədəniyyət işçilərinin təşkil etdiyi konsert proqramı ilə başa çatdırılmışdır.

Keçidlər