Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbirlər keçirilmişdir

18 iyun 2021 | 09:00

17 iyun 2021-ci il tarixdə Qəbələ RMX publik hüquqi şəxsində və Qəbələ MDM publik hüquqi şəxsində tibb işçilərinin peşə  bayramına həsr edilmiş tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edən Qəbələ RMX publik hüquqi şəxsin direktoru Sabir Bayramov və Qəbələ MDM-nin direktoru Ceyhun Əhmədov , Azərbaycan səhiyyəsinin  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı əsasında əldə etdiyi uğurlardan, Covid-19-la mübarizədə, eləcə də 44 günlük Vətən Müharibəsində  tibb işçilərinin fədakar əməyindən danışmış, həmçinin Qəbələ Rayon İcra Hakimiyyəti başçısının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin idarə heyətinin rəhbərliyinin təbrik məktublarını kollektivə çatdırmışlar.
Çıxış edənlər  Azərbaycan səhiyyəsində aparılan islahatlar, və bu islahatların əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsində böyük rolunu qeyd etmişlər.
Tədbirin sonunda əməyi ilə fərqlənən bir sıra tibb işçiləri Qəbələ rayon İcra Hakimiyyətinin, Qəbələ RMX PHŞ-nin  və  Qəbələ MDM PHŞ-nin Fəxri Fərmanları ilə təltif edilmişlər.

Keçidlər