Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsində şəhid olmuş Azər Musazadənin anım günü qeyd edilmişdir

26 iyun 2021 | 02:00

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində canından keçmiş Qəbələ oğlullarından biri – Şəfili kənd sakini Musazadə Azər Çingiz oğlunun doğum günüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları və şəhidin təhsil aldığı məktəbin kollektivi ailə üzvləri ilə birlikdə Azər Musazadənin məzarını ziyarət etmişlər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər