26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə “Ordumuz – qürurumuzdur !“ adlı tədbir keçirilib
25.06.2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə “Ordumuz – qürurumuzdur! ” adlı tədbir keçirilib.
Tədbirdə Qəbələ UADM-nin nümayəndələri, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və məktəblilər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçmiş Şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri olan, respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin qorunub saxlanılması uğrunda gedən mübarizədən danışıb.
Qazilər döyüş təəssüratlarını iştirakçılarla bölüşərək, qələbənin xalqın birliyi, iradəsi, əzmkarlığı nəticəsində qazanıldığını bildiriblər.
Tədbirdə qazilər, Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.