Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Narkomanlığa birlikdə yox deyək” mövzusunda tədbir keçirilmişdir

26 iyun 2021 | 06:00

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomanlığa birlikdə yox deyək” mövzusunda onlayn tədbir keçirilmişdir. 26 iyun – “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar rayon İcra hakimiyyətinin, polis şöbəsinin, təhsil şöbəsinin, gənclər və idman idarəsinin, uşaq və ailələrə dəstək mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev çıxış edərək narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirildi.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər