Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.

29 dekabr 2013 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilaçılğı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Qafqaz Sport Otel” də bayram tədbiri keçirilmişdir.
Başçının ictimai-siyasi və hümanitar məsələlər üzrə müavini Ətayə Osmanova tədbiri açaraq, təbrik üçün sözü rayon icra hakimiyyəti başçısı cənab Səbuhi Abdullayevə vermişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə qəbələliləri təbrik edən RİH başçısı çıxışında 2013-cü ilin uğurla tarixə qovuşduğunu qeyd etmişdir.
Səbuhi Abdullayev bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində həyata keçirilən geniş miqyaslı layihələr, yeni infrastrukturlar, tikinti-quraşdırma, abadlıq və inşaat işləri hər birimizdə fərəh və qürur hissi doğurur. İldən-ilə artan uğurlar, ölkəmizin sürətli inkişafı Ümumilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttinin cənab İlham Əliyev tərəfindən böyük məharət və siyasi uzaqgörənliklə davam etdirilməsinin məntiqi nəticəsidir.
RİH başçısı ötən illərdə olduğu kimi 2013-cü ilin də bütün Azərbaycan xalqı üçün, o cümlədən qəbələlilər üçün əlamətdar olduğunu vurğulamışdır. Qəbələdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin rayonun simasını tamamilə dəyişdirdiyini, diqqətə çatdıran natiq, Qəbələnin öz tarixi şöhrətinə qovuşduğunu söyləmişdir. O həmçinin bildirmişdir ki, bütün bunlar rayonda adamların rifahının yaxılaşdırılmasına,  həyat səviyyəsinin yüksəlməsinə xidmət etməklə yanaşı, həm də adamlarımıza mənəvi rahatlıq gətirir. Daha sonra Qəbələnin Beynəlxalq mədəniyyət mərkəzinə çevrildiyinə diqqət çəkən RİH başçısı şəhərin beynəlxalq forumlara, musiqi festivallarına, rəsm sərgilərinə ev sahibliyi etdiyini və bunların rayonumuzun bütün dünyada tanıdılması işinə geniş imkanlar açdığını demişdir.
Çıxışda qeyd olunmuşdur ki, möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2014-cü ildə nailiyyətlərimiz daha da artacaq, respublikamızın ecazkar bölgəsi olan Qəbələ daha da abadlaşacaq, əhalinin rifah halı gündən-günə yüksələcəkdir.  Daha sonra  rayon icra hakimiyyətinin başçısı tərəfindən rayonun inkişafında, ictimai həyatında fəal rol oynayan, aparılan quruculuq işlərində yaxından iştirak edən  bir qrup şəxslərə mükafatlar təqdim olunmuşdur. Tədbir musiqi kollektivlərinin bayram konserti ilə davam etmişdir.

Keçidlər