Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib
30 iyun 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş karantin qaydalarına uyğun olaraq “Məzun günü” keçirilib.
Tədbiri giriş sözü ilə açan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, “Məzun günü” münasibətilə kollektivi təbrik edərək, 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətindən, Vətən müharibəsində xalqımızın şanlı qələbəsindən, müharibədə mərkəzin müəllim və tələbələrinin iştirakından və 2020-2021-ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən danışdı.
Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Qəbələ-Oğuz rayonları üzrə nümayəndəliyinin (KOB Dostu) və Qəbələ Hospitality Qrup-un nümayəndələri çıxışlarında dövlət tərəfindən peşə təhsilinə göstərilən diqqəti qeyd edərək regionda ixtisaslı kadrların yetişməsində mərkəzin rolundan danışdılar.
Məzun Günay Cumazadə bütün məzunlar adından çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə olkə rəhbərliyinə minnətdarlığını bildirdi və təhsil mərkəzinin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Yekunda fərqlənən mühəndis-pedoqoji heyət, tədris və istehsalat təcrübəsində seçilən tələbələr Fəxri fərmanlarla təltif edildilər.