Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri" mövzusunda seminar müşavirə keçirilmişdir

03 iyul 2021 | 02:00

01.07.2021-ci il tarixdə "Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri" mövzusunda seminar müşavirə keçirilmişdir. Müşavirədə Qəbələ rayon İcra Hakimiyyətinin, FHN-nin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, rayon Polis şöbəsinin, DTX-nin rayon şöbəsinin, rayon Prokurorluğunun, Regional Meşə Təsərrüfatı Mərkəzinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Aqrolizinq MMC-nin nümayəndələri, təsərrüfat rəhbərləri, Qəbələ rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələri və Bələdiyyə sədrləri iştirak etmişdir. Açıq hava şəraitində keçirilən tədbirdə yay mövsümündə yanğın təhlükəsizliyinə ciddi riayət edilməsi, kövşən sahələrin yanıdırılmaması, yol kənarı, meşəətrafı ərazilərin zolaqla şumlanması, kəndlərdə könüllü yanğından mühafizə dəstələrinin yaradılması və.s kimi tələblər qarşıya qoyulmuşdur.

Keçidlər