Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ gəncləri hərbi xidmətə yola düşüblər

09 iyul 2021 | 16:00

9 iyul 2021-ci il tartixdə Qəbələli gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib. Tədbirdə Qəbələ RİH-nin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən parkda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsində davam etmişdir. SHXÇDX-nin Qəbələ şöbənin rəisi polkovnik Anar Ağabəyov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs etmiş, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının I-ci müavini Abil Ağasəfov isə Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi nəticəsində Milli Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırmışdır. Təntənəli mərasimdə rayon ağsaqqallar şurasının sədri Mehman İsmayılov, Qarabağ müharibəsi veteranları və Vətən müharibəsi qaziləri çıxış edərək gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulamışlar. Çağırışçı gənclər Azərbaycan bayrağı qarşısında baş əyərək böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.

Keçidlər