Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Rəşid Nəsrullayevin doğum günü münasibətilə xatirəsi anılmışdır

11 iyul 2021 | 16:00

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Nic qəsəbə sakini, şəhid Nəsrullayev Rəşid Qəzənfər oğlunun doğum günüdür. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhid Rəşid Nəsrullayevin məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər