Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş şeir müsabiqəsi keçirilmişdir

14 iyul 2021 | 04:00

Qəbələ rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin təşkilatçılığı ilə 13 iyul 2021-ci il tarixdə  Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş yeniyetmə və gənclər arasında “Şəhidlər unudulmur” mövzusunda şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan 20-dək şagirdin ifasında torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə, milli qəhrəmanlarımıza və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirmişdir. Müsabiqənin yekun nəticəsinə əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Məmmədova Zəhra Yaşar qızı I yerə, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin şagirdi Nurəddinli Nuray Vüsal qızı II yerə və Vəndam qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Baxışova Aişə Cavidan qızı III yerə layiq görülmüşdür. Qaliblər Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər