Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş mini-futbol idman növü üzrə xatirə turniri keçirilib

14 iyul 2021 | 08:00

13 iyul 2021-ci il tarixdə Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən Qəbələ Olimpiya İdman Kompleksində gənclər arasında Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş mini-futbol üzrə turnir keçirilmişdir. Tədbirin açılışında gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş General-mayor Polad Həşimovun keçdiyi döyüş yolundan və Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən bəhs etmişdir.
Xatirə turnirində şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin komandası II yerə və Qəbələ şəhər həvəskarlar  komandası III yerə layiq görülmüşlər.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

 

Keçidlər