Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur

30 dekabr 2013 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qəbələ rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.
Bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilən yarmarkaya 6 ton mal və qoyun əti, 1 ton quş əti, 7 ton süd və süd məhsulları, bal, müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun meyvə-tərəvəz məhsulları, taxıl, noxud və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Məhsullar ictimai və fərdi təsərrüfatlardan gətirilmişdir.  Yarmarkada alıcılara bazar qiymətlərindən 25-30 faiz aşağı məhsullar təklif olunmuşdur. Rayon sakinləri Yeni il ərəfəsində yarmarkada təzə və keyfiyyətli məhsulların satışına görə yarmarkanın təşkilatçılarına, fermerlərə və torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər