Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun anım günü keçirilmişdir

15 iyul 2021 | 16:00

Bu gün 2020-ci ilin 12-14 iyul tarixlərində Azərbaycanın Ermənistanla sərhəd zonasında yerləşən Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əkshücum əməliyyatında həlak olmuş Qəbələnin qəhrəman oğullarından olan Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş doğulduğu Vəndam qəsəbəsində anım tədbiri keçirilmişdir. Qəbələ RİH-nin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, vətən müharibəsi iştirakçıları, qazilər, şəhidin ailə üzvləri, ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Vətən uğrunda şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə çıxış edənlər təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ordu quruculuğundan bəhs etmiş, milli qürur mənbəyimiz olan şəhid General mayorun qəhrəmanlıqlarından söz açmış, şəhidlərin ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Keçidlər