Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanın Milli Qəhrəmanı “General-mayor Polad Həşimovun xatirəsin”nə həsr edilmiş karate-do idman növü üzrə xatirə çempionatı keçirilib

02 avqust 2021 | 07:00

01 avqust 2021-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası “Ayaz” Karate-Do klubu İctimai Birliyi uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycanın Milli Qəhrəmanı “General-mayor Polad Həşimovun” xatirəsinə həsr edilmiş  Açıq Respublika Çempionatı keçirmişdir. Çempionat iştirakçıları ilk öncə General-mayor Polad Həşimovun və Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, məşqçilər, və federasiya nümayəndəsi Ayaz İbişov çıxış edərək, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş Milli Qəhrəman General-mayor Polad Həşimovun keçdiyi döyüş yollarından söhbət açmışlar. Çempionatda Respublikanın 25-dək şəhər və rayonundan 250 idmançı iştirak etmişdir. Həmçinin çempionatda ictimaiyyət nümayəndələri, şəhid Polad Həşimovun övladları iştirak etmişdir. Qaliblərə medal və sertifkatlar təqdim edilmişdir.

Keçidlər