Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında Bakı Musiqi Akademiyası müəllimlərinin konserti maraqla qarşılanıb

03 avqust 2021 | 16:00

XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub. Konsertdə Xalq artistləri Murad Adıgözəlzadə (piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz Abdulla (vokal), Əməkdar artist Fəridə Məmmədova (vokal), Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev (piano), beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəfli (piano) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, C.Puççininin “Edqar” operasından Frankonun ariyası, Soltan Hacıbəyovun “Adajio”, Əfrasiyab Bədəlbəylinin “Vals”, Ceyhun Allahverdiyevin “Nədəndir?”, “Dilbər”, İsmayıl Hacıbəyovun “Paqanini mövzusunda variasiyalar”, Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Salam, dost”, S.Kardillonun “Katari”, Elnarə Dadaşovanın “Laylay”, “Sənə düşüb meylim” və digər əsərlər səsləndirilib.

Keçidlər