Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan hərbiçilərə medalların təqdim olunması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin və Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Vətən müharibəsi zamanı rayonumuzdan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçu həmyerlilərimizə medallar təqdim olunmuşdur. Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.