“20 yanvar faciəsinin iyirmi dördüncü ildönümü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
“20 yanvar faciəsinin iyirmi dördüncü ildönümü” ilə əlaqədar olaraq Qəbələ rayon Gənclər və İdman İdarəsinin müvafiq tədbirlər planına əsasən FHN-nin N saylı hərbi hissəsində ədəbi-bədii kompozisiya keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları hərbi hissədə yaradılmış “20 yanvar faciəsi” şəhidlərinin xatirəsinə həsr edilmiş guşəyə baxış keçirmişlər.
Azərbaycanın dövlət himni səsləndilildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra hərbi hissənin klub rəisi kapitan Samir Fərəməzov tədbiri açıq elan etmiş, hərbi hissənin əsgərləri “20 yanvar faciəsi”nə həsr edilmiş şerlər söyləmişlər. Tədbirdə 120-dək şəxsi heyət iştirak etmişdir. Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov “20 yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında məlumat vermiş, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr haqqında danışmışdır. F.Soltanov cıxışında həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirməsi və bu faciəyə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hüquqi siyasi qiymət verildiyi haqda məlumat verdi.
Daha sonra rayon Təhsil şöbəsi metodkabinetin rəhbəri Arifə Bayramova çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar faciəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirdi. Tədbir şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Tədbirin sonunda 20 yanvar gecəsi baş verən hadisələri özündə əks etdirən sənədli filmin nümayişi olmuşdur.