Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi məqsədi ilə onlayn müşavirə keçirilmişdir.
09 avqust 2021-ci il tarixdə rayon icra hakimiyyətində Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasinin sürətləndirilməsi məqsədi ilə onlayn müşavirə keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə rayonda aparılan vaksinasiya işləri müzakirə edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi barədə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.