Qəbələdə Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin infeksiya əleyhinə vaksinasiya prosesi uğurla davam edir
Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda da əhalinin infeksiya əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində aparılan vaksinasiya prosesində Azərbaycan Respublikası Nazirlər Kobineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş tələb və qaydalara ciddi riayət edilir. Bu günədək rayon üzrə ümumi vaksinasiya olunanların sayı 71 min 779, o cümlədən 1- ci doza 42 min 640 və 2-ci doza 29 min 139 nəfər olub. Rayon əhalisi ölkə rəhbərliyinə insanlar üçün vaksinasiyanın əlçatanlığını təşkil etdiyinə görə minnətdarlıqlarını bildirirlər.
Vaksinasiya prosesi davam edir.