Vətən müharibəsi şəhidi Əsəd Zeynallının duğum günü münasibətilə xatirəsi anılmışdır.
Vətən müharibəsində öz canlarını qurban verərək şəhid olmuş Qəbələnin qəhrəman oğullarından biri, Seyidqışlaq kənd sakini Zeynallı Əsəd Ərzuman oğlunun doğum günü münasibətilə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət etmişlər. Əsəd Zeynallının məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi sonsuz ehtiramla anılmış, və ruhuna dualar oxunmuşdur. Göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.