Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının X konfransı keçirilmişdir

13 avqust 2021 | 16:00

13.08.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının videoformatda X konfransı keçirilmişdir. Öncə ulu öndər Heydər Əliyevin, mərhum millət vəkili, Ağsaqqallar şurasının sədri Fəttah Heydərovun və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransın gündəliyi təsdiq edildikdən sonra Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov ötən konfransdan keçən dövr ərzində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Sonra Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Natiq Ağaşirinovun hesabatı dinlənilib. Müzakirələr zamanı Yap Qəbələ Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Gənclər birliyinin sədri, səhiyyə işçiləri ilk partiya təşkilatının sədri çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində fəaliyyətinə münasibət bildiriblər. Konfransda çıxış edən rayon icra hakimiyətinin başçısı Səbuhi Abdullayev ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu və bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev kimi güclü və uzaqgörən liderimiz tərəfindən uğurla davam etdirildiyini, Vətən Müharibəsində  qalibiyyət qazanmış Azərbaycan əsgərinin öz döyüş ilhamını, qələbə əzmini milyonların sevimlisinə çevrilən, inkişaf və quruculuq yolunda inamla addımlayan müzəffər Ali Baş Komandandan aldığını qeyd etmişdir. Milli məclisin üzvü, millət vəkili Aqiyə xanım Naxçıvanlı çıxışında Vətən müharibəsindəki Zəfərdən sonra yaranmış reallıqların Yeni Azərbaycan Partiyası üzvləri qarşısında müəyyənləşdiyi vəzifələrin yerinə yetirilməsini xüsusi diqqət mərkəzində saxlamağın və fəaliyyətlərini müasir tələblərə uyğun olaraq davam etdirməli olduqlarının vacibliyini vurğulamışdır. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkiat şöbəsinin sədri Əhliman Tağıyev isə çıxışında ulu öndərin “Dünənin, bu günün, gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyasını dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm bir partiya adlandırmış və Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulamışdır.

Keçidlər