Qəbələdə kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub
17 avqust 2021 | 16:00
Cari ildə Qəbələ rayon əkinçiləri tərəfindən 386 hektar sahədə tərəvəz əkilib. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları 282 hektar tərəvəz sahəsindən 2386.2 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 84.6 sentner təşkil edir.Tədarük olunan məhsulun 74 tonu kələm, 79 tonu bibər, 882 tonu xiyar, 594 tonu pomidor, 57.6 tonu badımcan, 198 tonu soğan, 245 tonu yaşıl lobya, 238 tonu sarımsaq, 18.6 tonu isə sair tərəvəzlərdir. Rayonda tərəvəz yığımı davam edir.