20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Qəbələ şəhər 4 saylı tam orta məktəbində müəllim və şagird kollektivlərinin iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı qrup tərəfindən məzmunlu ssenari əsasında 20 Yanvar faciəsinin baş vermə səbəbləri barədə çıxışlar dinlənildi, Ulu öndər Heydər Əliyevin bu hadisəyə beynəlxalq aləmdə siyasi qiymət verilməsi sahəsindəki xidmətləri deyd edildi.
Sonda tədbir iştirakçıları uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirdilər.