Qəbələ rayonunda reydlər və maarifləndirmə işləri mütəmadi olaraq davam etdirilir
03 sentyabr 2021 | 16:00
COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən davamlı olaraq reydlər həyata keçirilir. Reydlər zamanı əhalinin sıx olduğu qapalı məkanlarda, aptek, ticarət, iaşə və digər obyektlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi-dezinfeksiyaedici məhlul və qoruyucu maskalardan istifadə, insanlar arasında sosial məsafənin qorunması vəziyyəti ilə bağlı yoxlamalar və maarifləndirmə işləri aparılmış, koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunmağın vacibliyi bir daha vətəndaşlara izah etmişlər.