Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostları ilə növbəti görüşü keçirilib

07 sentyabr 2021 | 10:00

Qəbələ şəhərində biznesin qurulması və inkişafı ilə bağlı mikro, kiçik və orta sahibkarlara yerində dəstək və xidmətlər göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu ölkənin 26 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları ilə növbəti görüş keçirib. Görüşdə KOB dostları tərəfindən sahibkarlara yüksək səviyyəli xidmətin göstərilməsi, qarşılaşdıqları çətinliklərin operativ həlli, ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb. İş prosesində rast gəlinən çətinliklər müzakirə edilib, sahibkar-KOB dostu ünsiyyətinə dair fərdi və komanda tapşırıqları keçirilib. Görüş çərçivəsində, həmçinin KOB dostları üçün “Korporativ idarəetmə” mövzusunda təlim təşkil olunub. İnteraktiv təlim metodlarından və işgüzar oyunlardan istifadə olunmaqla keçirilmiş təlimdə KOB dostları korporativ idarəetmənin əhəmiyyəti, prinsipləri, bu sahədə standartlar və beynəlxalq təcrübə barədə məlumatlandırılıb. Tədbirdə xidməti fəaliyyətində fərqlənən KOB dostlarına təşəkkürnamə, təlim iştirakçılarına isə sertifikatlar təqdim edilib.

Keçidlər