Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

19 yanvar 2014 | 08:30

Qəbələ  Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 20 Yanvar Ümumxalq hüzn gününə  həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə mərkəzin bütün mühəndis - pedaqoji  kollektivi və şagirdləri 20 Yanvar faciəsi şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən tədris mərkəzinin direktoru E.Kazımov  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun erməni quldur dəstələri ilə birgə  Azərbaycan xalqına qarşı həyata keçirdiyi  terror aktı barədə danışdı.O, qeyd etdi ki, böyük itkilər , günahsız insanların qətli ilə  nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla  cinəyatkar imperya rəhbərliyinin  Azərbaycana qarşı xəyanətkar siyasətinə  dözməyən , öz azadlığına , müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini , əyilməzliyini, məğrurluğunu nümayiş etdirir. 
Sonra mərkəzin GÇH rəhbəri İ.Əfəndiyev geniş məruzə ilə çıxış etdi. O, kollektivə müraciətlə bildirdi ki , 20 Yanvar  Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. Unutmamalıyıq ki , həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli təfəkkürümüzün  oyanan günəşinin qırmızı şəfəqini simfolizə edirdi. Xalqımız həmin  gecə üstünə şığıyan  dəhşətli kabusa , sovet hərbi güclərinin  qorxunc qaragüruhuna qarşı sinəsini  verməyi və  bununla özünün mənliyini və mətinliyini  nümayiş etdirməyi  bacardı.
Mərkəzin  müəllimi R.Məmmədova 20 Yanvar  hadisəsi haqqında danışaraq  qeyd etdi ki , öldürülənlər arasında  beş millətin nümayəndələri , cox sayda qadın və uşaq  da var idi. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən , öz mənzillərində  oturduqları yerdə  güllələrə tuş gəlirdilər. Natiq o günlərin canlı şahidi kimi gənc nəslə müstəqilliyimiz uğrunda şəhid olan insanların xatirəsini daim əziz tutmağı, onları heç zaman unutmamağı tövsiyə etdi.
Mərkəzin şagirdlərindən Vüsal Mustafayev, Mehrac Yunuslu  gənclər adından çıxış edərək əminliklə bildirdilər ki , onlar vətənə sədaqətli övlad kimi yetişəcək , əsl vətəndaş kimi xalqımızın müstəqilliyinin  qorunub saxlanmasında fəal iştirak edəcəklər.
Tədris mərkəzinin direktor müavini R.Məmmədova  çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının böyük oğlu, Ümummilli  liderimiz  özünə və ailəsinə qarşı olan təhlükələrə baxmayaraq,  SSRİ  rəhbərliyini,   M.Qorbaçovun  siyasətini  kəskin pislədi,  faciəyə öz qəti ehtirazını bildirdi. 20 Yanvar  faciəsi  Azərbaycan  xalqını  səfərbər etdi,   onun  azadlıq və müstəqillik  uğrunda mübarizəsini gücləndirdi. Vətən şəhidlərini heç vaxt unutmayacaq.

Keçidlər