Rayon ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
08 sentyabr 2021 | 09:00
07 sentyabr 2021-ci il tarixində rayon icra hakimiyyətinin və rayon polis şöbəsinin nümayəndələrindən ibarət mobil qruplar tərəfindən növbəti dəfə reydlər keçirilmişdir. Əsasən ictimai iaşə, ticarət və digər obyektlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş, tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və vaksinasiya olunmağın vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri mütəmadi olaraq davam etdirilir.