Vətən müharibəsi şəhidi Mikayıl Mikayıllının doğum günü münasibətilə xatirəsi anılmışdır
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Mıxlıqovaq kənd sakini, şəhid Mikayıllı Mikayıl Miğfər oğlunun doğum günüdür. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid Mikayıl Mikayıllının məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.