Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Əsgərə xatirə kitabı” layihəsinin iştirakı ilə 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan Vətən müharibəsində qazanılmış qələbədən, müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, müharibə iştirakçılarına və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. Tədbirdə “Əsgərə xatirə kitabı” layihəsinin nümayəndəsi, Qarabağ müharibəsi iştirakçısı və şəhid valideyni çıxış edərək şəhid ailələrinə göstərilən qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda şəhid ailələrinə sovqatlar paylanılmışdır.